“Debat” təsis edildi

14 oktyabr 2015-ci il tarixdə İsmayıllı Gənclər Mərkəzində İsmayıllı Rayon Gənclər və İdman İdarəsi İsmayıllı Regional Debat Mərkəzi “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyi ilə birgə məktəblərdə debat komandalarının təsis edilməsi ilə əlaqədar tədbir keçirib.
Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açıb
“Debat”  təsis edildi
İsmayıllı Regional Debat Mərkəzinin rəhbəri Elvin Əlizadə debat təlimi və onun mahiyyəti haqqında məktəblilərə ətraflı məlumat verib.
Elə həmin gün ilk debat təlimi də keçirilib. Müstəqillik Gününə həsr olunmuş təlimdə şagirdlər maraqlı və əsaslandırılmış fikirlər səsləndiriblər. Şəhər 1, 4, 5, 6 nömrəli tam orta məktəblərin, 3 nömrəli məktəb-liseyin, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin və İsmayıllı Peşə Tədris Mərkəzinin komandaları arasında gedən gərgin müzakirə sonda münsiflər tərəfindən qiymətləndirilib. Debatçılar arasında şəhər 3 nömrəli məktəb-liseyin, 4 və 5 nömrəli məktəblərin komandaları fərqlənib.
Tədbirdə iştirak edən məktəb komandalarına Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Debat”ın təsis edilməsi haqqında sertifikatlar verilib.
Şəhla Qafarova

Şərh Yaz