Şəhid ailələri ziyarət olunub

 

9 aprel 2024-cü il tarixdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Əlisultan Sadıxov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Gülər Abdullayeva və İsmayıllı rayon mədəniyyət müəssisələrinin bir qrup əməkdaşı Birinci Qarabağ müharibəsi şəhidləri Təyyar Mahmudov və Natiq Abdullayevin, 44 günlük Vətən müharibəsinin şəhidi Orxan Lətifli və 2022-ci ildə düşmənin törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Elnur Səmədovun ailəsi ziyarət olunub.

Şəhidlərin valideynləri və yaxınları ilə keçirilmiş görüş zamanı qəhrəman oğullarımızın keçdiyi şərəfli döyüş yolu xatırlanıb, hər biri haqqında ətraflı məlumatlar dinlənilib. Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Allah şəhidlərimizə rəhmət eləsin.

 

Şərh Yaz