Hər kəsin insanlıq borcu

15 aprel 2024-cü il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində  tibb bacısı (qardaşı) işi ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günü münasibətilə tədbir keçirilib.

Tibb və təbiət elmləri üzrə Fənn Birləşmə Komissiyasının sədri Arzu Aslanova, fənn müəllimi Elşən Həsənov Zərifə xanımın həyat və fəaliyyəti barədə tələbələrə geniş məlumat verib. Sonda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirdə qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin mənalı ömür yolunu ömür-gün yoldaşı kimi nurlandıran, şanlı Azərbaycan tarixinə İlham Əliyev kimi övlad – Müzəffər Ali Baş Komandan, dəyanətli Prezident bəxş edən  akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini ehtiramla anmaq hər bir azərbaycanlının, bu sevimli diyarı Vətən sayan hər kəsin insanlıq borcudur.

Allah rəhmət eləsin.

E.Həsənov

Şərh Yaz