İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə

 

2024-cü il mart ayının 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 9352 nəfər olmuş, onlardan 5678 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 3674 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 29,9 faizi təhsil, 27,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi sənaye, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,7 faizi tikinti, 0,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,9 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2024-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 604,0 manat olmuşdur. İqtisadiyyatın yaşayışın təşkili və ictimai iaşə, mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

İsmayıllı Rayon Statistika İdarəsi

Şərh Yaz