Dostluq telləri möhkəm və qırılmaz olacaq

 

15 aprel 2024-cü il tarixində Türkiyənin İzmir vilayətində – MyPark otelində Kaya Haber Ajansının təşkilatçılığı və ev sahibliyi ilə ilin ən bacarıqlı sənət xadimləri mükafatlandırılıb. Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bu tədbirdə əsasən qardaş ölkələrarası münasibətlərin sənət özəlliyi geniş təqdir olunub. Mükafatlar bir sıra fərqli sahələri əhatə edib. Məqsədi Cümhuriyyətin 100 illiyinə şərəf vermək və bu ali missiyanı bir daha uca tutmaq olub.

Tədbirdə Türkiyə ilə yanaşı, Azərbaycan, Qırğızıstan, İran və Almanyadan da qonaqlar iştirak edib. Dostlaşmış, qardaşlaşmış ölkələrin sənət adamlarının bir yerdə, eyni ruhda, eyni ovqatda olması sözün əsl mənasında çox möhtəşəm mənzərə yaradıb.

Mükafat  alanların arasında Azərbaycandan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, tarixi romanlar müəllifi, eləcə də “İsmayıllı Yazarları”ədəbi-ictimai birliyinin üzvü Sona Abbasəliqızı da olub. O, Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş bu möhtəşəm tədbirdə “İlin tarixi roman yazarı” mükafatına sahib olub. Sona Abbasəliqızı layiq görüldüyü mükafat üçün təşkilatçılara, əməyi keçən hər kəsə təşəkkür edib, Türkiyə ilə Azərbaycanın qardaşlıq əzmini alqışlayıb və daim hər iki ölkənin dostluq tellərinin möhkəm və qırılmaz olacağını qürurla vurğulayıb.

Sona Abbasəliqızını layiq görüldüyü yüksək mükafat və Azərbaycanı Türkiyədə uğurla təmsil etdiyi üçün təbrik edir, yeni uğurlar arzulayırıq.

İsmayıllı xəbərləri”

Şərh Yaz