Nümunəvi dərs

22 aprel 2024-cü il tarixində  İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin VIII “A” sinfində coğrafiya fənni üzrə “Əhalinin təbii artımı və miqrasiyası” mövzusunda müəllim Şakir Həmzəyevin nümunəvi dərsi keçirilib.

Dərsdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Həmid Qasımov, DŞRTİ-nin tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi İsa Səlimov, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov iştirak ediblər.

Sonda keçirilən dərs təhlil olunub. Dərsin gedişində müasir dərsə verilən bütün pedaqoji, psixoloji və metodiki tələblərə cavab verildiyi qeyd olunub.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz