“Ən sevdiyim kitab” adlı onlayn müsabiqə  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) tərəfindən İsmayıllı rayonunda yaşayan və təhsil alan 1-11-ci sinif şagirdləri arasında mütaliə bacarıqlarının inkişaf etdirilməsi və kitablara sevginin aşılanması məqsədilə onlayn müsabiqə keçirilir. Müsabiqədə iştirak etmək istəyən hər bir məktəbli özü haqqında məlumatları (adı, soyadı, atasının adı, oxuduğu məktəb və sinif, videoda haqqında danışdığı kitabın müəllifi və adı) və videonu (videoda iştirakçı oxuduğu, sevdiyi bir kitab haqqında məlumat verərək, həmin

kitabın əhəmiyyətini və başqa şəxslərə oxumaq üçün tövsiyə etməsinin səbəbini izah edəcək) 08-16 aprel 2024-cü il tarixlərində regionmerkez@gmail.com elektron poçt ünvanına göndərə bilər.

Müsabiqəyə təqdim edilən videoların qəbulu dayandırıldıqdan sonra 30 aprel 2024-cü il tarixinədək İsmayıllı UADM-in “facebook” sosial şəbəkəsində mənimkitabxanam etiketi ilə (həştəq) yerləşdiriləcək. İzləyicilər tərəfindən ən çox bəyənilən (bəyənilmə sayına görə) 5 nəfər qalib seçiləcək.

Qaliblərin müəyyənləşdirilməsi və elan edilməsi 13 may 2024-cü il tarixinə qədər İsmayıllı UADM-in “facebook” sosial şəbəkəsi vasitəsi ilə həyata keçiriləcək.

Müsabiqədə qalib gəlmiş iştirakçıların evlərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə qədər mükafat olaraq “Oxu guşəsi” (kitab rəfi, yazı masası, yazı masası üçün stul, kitablar və dəftərxana ləvazimatlarından ibarət) yaradılacaq.

Ətraflı məlumat üçün aşağıdakı linkdən faydalana bilərsiniz:

http://family.gov.az/…/region-mekteblileri-arasinda-en…

 

 

Şərh Yaz