Gənclər “DOST evi”ndə 

 

İsmayıllı rayonunda fəaliyyətə başlayan “DOST evi” bölgədə yaradıcı gənclər üçün sərgi və satış mərkəzləri, yeni iş yerlərinin yaradılması, məşğulluq və gəlir imkanlarının artırılmasına xidmət edəcək.

Bu həm də ənənəvi sənətkarlıq nümunələri istehsalının inkişaf etdirilməsinə, milli mədəniyyətimizin təbliğinə, eləcə də bölgədə turizm imkanlarının genişlənməsinə dəstək verəcəkdir.

“DOST evi”ndə könüllü kimi fəaliyyət göstərmək istəyən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri üçün mərkəzdə müsahibə mərhələsi baş tutub. Mərkəzin imkanlarından istifadə edəcək gənclərə uğurlar arzulanıb.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz