Yaddaşlarda əbədi qalacaq     

                     

24 aprel 44 günlük Vətən müharibəsinin qəhrəmanı, mənalı ömrünün 25 ilini hərb sənətinə sərf etmiş baş gizir, şəhid Ramil Mürşüd oğlu Yusifovun cənnətdəki növbəti mövlud günüdür.

Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta  məktəbində təhsil alan X “C” sinfinin şagirdləri sinfin rəhbəri Elvin Əliyevlə birlikdə Ağbulaq kəndinə gedərək şəhid Ramil Yusifovun məzarını, ev muzeyini ziyarət ediblər, şəhidin ailə üzvləri, əzizləri ilə görüşüblər.

Ağbulaq kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əflatun Baxışov ziyarətçilərə qəhrəman şəhidlə bağlı xatirələri dilə gətirib. Görüşdə  6 nömrəli tam orta məktəbinin müəllimlərindən Əməkdar müəllim Əsgər Manafov və Aydın Yarışov da iştirak ediblər.  Şagirdlər yüksək  vətənpərvərlik hissi aşılayan bu kimi tədbirlərin yaddaşlarında əbədi qalacağını bildiriblər.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz