Dəyərli təltif      

           

 

“Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli Qanunu ilə təsis edilmişdir.

Bu medalla Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər  və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumların, beynəlxalq təşkilatların nümayəndələri  Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərinə görə təltif edilirlər.

Milli Məclisin üzvlərinə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib. Bu medal əvvəllər Milli Məclisdə fəaliyyət göstərmiş bir neçə şəxsə də təqdim olunub.
Milli Məclisin deputatı, Novruz Aslanov da “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq  görülüb. Bu haqda millət vəkili öz sosial şəbəkə hesabında yazıb.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görüldüyüm üçün qürur hissi keçirirəm. İlk növbədə ona görə ki, bu təltif xalqımızın və müstəqil Azərbaycanın xilaskarı – ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Dövlət təltifinə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən layiq görülməyim isə bir azərbaycanlı kimi mənim üçün xüsusi qürur mənbəyidir. Göstərilən yüksək diqqətə görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Ulu öndərin siyasi irsi Prezident İlham Əliyevin liderliyi ilə xalqımıza və dövlətimizə bundan sonra da yalnız qələbələr gətirəcək. Bu, mənim üçün ən dəyərli təltifdir”- deyə Novruzəli Aslanov qeyd edib.
İsmayıllı rayon ictimaiyyəti və “İsmayıllı xəbərləri” qəzetinin oxucuları adından Novruzəli müəllimi doğum günü və dəyərli təltif münasibəti ilə təbrik edirik!

İsmayıllı xəbərləri”

 

Şərh Yaz