Vətəndaş-dövlət birliyi yüksək səviyyədədir

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə RİH-də növbəti dəfə rayon sakinlərini qəbul edib. Görüş zamanı sakinlərin narahatlığına səbəb olan məsələlərlə bağlı müraciətlər dinlənilib.

Qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlər araşdırılıb, həlli üçün tədbirlər görüləcəyi vətəndaşların diqqətinə çatdırılıb. Müraciət edənlərin iştirakı ilə aidiyyəti şəxslərə qaldırrılan problemlərin həllinə operativ yanaşılmasının vacib olduğu bildirilib. Səmimi müzakirə şəklində keçən qəbul vətəndaş-dövlət birliyinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirib.

Şərh Yaz