Razılığa səbəb olan görüş    

       

 

Mart ayının 14-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun hüquq-mühafizə orqanları məsul əməkdaşları və xidməti müəssisə nümayəndələrinin iştirakı ilə rayonun Qalacıq kəndində sakinlərlə səyyar qəbul keçirib. Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun keçirilən səyyar qəbulda yaşayış məntəqəsinin həlli vacib məsələləri müzakirə olunub.

Müzakirələr problemlərlə bərabər onların yaranma səbəblərini də aşkara çıxarıb. Başçı bu sahədə  cavabdeh şəxslərə öz vəzifələrinə  qanunlar çərçivəsində baxmalı olduqlarını xatırlatmaqla bərabər, vətəndaş məmnunluğu məsələsində diqqətli olmalarını və aidiyyəti tərəflərə mövcud problemlərin ən qısa müddətdə həll olunmasını tapşırıb.

Sakinlər qəbulun keçirilməsindən, onlara göstərilən diqqət və qayğıdan razılıq ediblər.

 

 

 

 

Şərh Yaz