Ali mükafata görə təşəkkür ifadə olunubAli mükafata görə təşəkkür ifadə olunub

 

 

Məlum olduğu kimi,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı  təsis edilib. Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov,  “Nikitin” adına kolxozun müşahidə şurasının sədri Olqa Jabina, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov da təltif olunanlar sırasında  yer alıblar.

Bununla əlaqədar olaraq, İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasında medalların təqdimetmə mərasimi baş tutub.

Rayon rəhbəri təltif olunanları təbrik edərək müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb.

Daha sonra Nahid Bağırov tərəfindən medallar sahiblərinə təqdim olunub.

Ziyalılar öz növbələrində ulu öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini ifadə ediblər.

Şərh Yaz