Novruz çərşənbələri:

 

Su həyatdır                       

 

“Su çərşənbəsi” – Novruz bayramının ilk çərşənbəsi. Bu çərşənbəni “Yalançı çərşənbə”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

İsmayıllı sakinləri də bayram ənənəsinə sadiq qalaraq, mərkəzi meydanda qalanmış bayram tonqalı ətrafında şənləniblər.

Tədbirdə rayon rəhbərliyi və rayon sakinləri iştirak ediblər. Bayram tədbirinin gedişində çıxış edənlər Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarlarının yaşadığını vurğulayıb, iştirakçıların timsalında rayon sakinlərini təbrik ediblər.

Şərh Yaz