Maraqla, alqışlarla qarşılanan tədbir

 

5 mart 2024-cü il tarixində F.Əzimov adına İsmayıllı Rayon Uşaq İncəsənət Məktəbində fortepiano ixtisası üzrə müəllim Jalə Qədirovanın təşkilatçılığı ilə “Bahar çələngi” adlı tədbir keçirilib.

Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Əlisultan Sadıxov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Gülər Abdullayeva, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Rəhim Bağırlı və İsmayıllı Rayon Mədəniyyət idarələrinin əməkdaşları, övladları bu sənət ocağında təhsil alan valideynlər iştirak ediblər.

Fəsillərin gözəli bahara həsr olunmuş konsert proqramı vasitəsi ilə məktəbin fərqli siniflər üzrə istedadlı şagirdləri bacarıq və məharətlərini nümayiş etdirmək imkanı əldə ediblər. Müxtəlif musiqi alətlərində şagirdlərin ifa etdikləri milli və əcnəbi musiqilər maraqla, eləcə də alqışlarla qarşılanıb.

Tədbirdə istedadlar bayram hədiyyələri ilə sevindiriliblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz