Məqsəd sağlam həyat tərzinin təbliğidir

2 mart 2024-cü il tarixində İsmayıllı Olimpiya-İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə  5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə dəfələrlə ölkə birinciliyinin gümüş, bürünc mükafatçısı məşqçi-müəllim Şəfiqə Eyvazlının rəhbərliyi ilə “Bədii gimnastika hamı üçün” idman tədbiri keçirilib.

Tədbirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, uşaq və yeniyetmələrin zərərli vərdişlərdən uzaq tutmaq və bədii gimnastika idman növünün sevdirilməsindən ibarət olub.

İsmayıllı xəbərləri”

Şərh Yaz