Maarifləndirici görüş

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təcrübəsinə buraxılacaq tələbələrlə maarifləndirici görüş keçirilib. Görüşün məqsədi işəgötürən müəssisələrdə təcrübənin təşkili zamanı tələbələrdən əsas gözləntilər, təcrübə zamanı iş yerində iş bölgüsü, iş yerində təhlükəsizlik məsələləri, şöbələrdə, bölmələrdə və istehsalat yerlərində bacarıqların daha səmərəli öyrənilməsi alətləri və işəgötürənlə münasibətlərin dayanıqlılığı mövzularına toxunulub.

Qeyd edək ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi 2023-2024-cü tədris ili üzrə istehsalat təcrübəsini 58 işəgötürən müəssisə ilə birgə təşkil ediləcək.

İsmayıllı xəbərləri

 

Şərh Yaz