Ağsaqqal yenə birinci oldu   

               

 

Əhməd Baba oğlu Həsənov 1934-cü ildə İsmayıllı rayonunun Göytəpə kəndində dünyaya göz açıb. Dediyinə görə, seçki hüququ qazanandan bəri keçirilən bütün seçkilərdə məntəqədə bülleteni qutuya ilk salan da özü olub. 95 yaşlı Əhməd baba uzun illərdir ki, kəndin ağsaqqalıdır. Kənd camaatının sosial rahatlığı üçün bir sıra işlərdə də sinəsini önə verməkdən çəkinməyib. El içində sözünün keçməsi onu həmişə bu ruhda qalmağa sövq edir.

Xeyirxah əməlləri, faydalı məsləhətləri ilə tanıyanların hörmət və sevgisini qazanmış Əhməd baba adəti üzrə 7 fevral növbədənkənar Prezident seçkilərində də məntəqə üzrə ilk səsverən, səsini verməklə bərabər Azərbaycanımızın uğurlu gələcəyi üçün dua edən vətəndaş olub.

Ağsaqqal seçkiqabağı təbliğatın gedişində bildirib ki, bu seçki əvvəlki bütün seçkilərdən tamamilə fərqlidir. Bu seçki düşmən tapdağından azad edilmiş şəhər və kəndlərimizin hər birində keçirilməsi ilə əlamətdardır. Bu seçki Azərbaycan tarixində bənzərsizliyi ilə bir ilkdir.

Əhməd baba layiqli namizədə səs verməklə yanaşı, dövlətə və dövlətçiliyə sədaqətli olmağı həmkəndlilərinə tövsiyə edib.

Şərh Yaz