Xalq-dövlət birliyi bir daha təsdiqləndi     

           

İvanovka kəndi İsmayıllı rayonunun əhalisi çox olan, iri yaşayış məntəqələrindən biridir. Elə bu səbəbdən seçkilər keçirildiyi vaxtda  burada iki seçki məntəqəsi fəaliyyət göstərir. Bir yaşayış məntəqəsində seçkilərin iki ünvanda keçirilməsi əslində, sakinlərin rahatlığına, səsvermə zamanı vaxt itkisi, digər problemlərlə üzləşməməsinə təminat yaradır.

İvanovka kənd sakini, 7 yanvar 1924-cü il tarixdə anadan olmuş Kazakova Anastasiya Qriqoriyevnanın fevral ayının 7-də keçirilən növbədənkənar Prezident seçkilərində səs verəcəyi seçki məntəqəsinə gələrək,  seçkidə iştirakını rəsmiləşdirməsi, bülleten götürərək istədiyi namizədə səs verməsi günün diqqət çəkən məqamlarından oldu.

Ömrünün 101-ci ilini yaşayan vətəndaşın bu tarixi gündə göstərdiyi məsuliyyət nümunəsi hamı üçün bir örnək olmalıdır. Onun bildirdiyi kimi, ayağı yer tutan hər bir seçici bu seçkidə iştirak etməli idi. Azərbaycan üçün bu olduqca vacibdir. Çünki bizim müsbətlərimizi deyil, mənfilərimizi görməyə can atanlar indi həmişəkindən daha çoxdur. Bizə qarşı pis niyyətdə olanları yalnız birliyimizlə, vətənimizə olan sevgimizlə susdura bilərik.

Əlbəttə, 100 yaşlı vətəndaşdan bu fikirləri eşitmək çox qürurvericidir və şükürlər olsun ki, əksər vətəndaşlarımız bu seçkilərə məhz bu prizmadan yanaşdılar və arzulanan nəticə də özünü göstərdi, xalq-dövlət birliyi bir daha təsdiqləndi.

 

 

Şərh Yaz