Məsələlərin həlli önəmlidir

 Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam etməkdədir.

Rayonun Topçu kəndində RİH başçısı Nahid Bağırovun keçirdiyi səyyar qəbula bu dəfə, əlaqədar müəssisə və təşkilat rəhbərləri ilə birgə Milli Məclisin bölgəmiz üzrə  üzvləri Novruzəli Aslanov və  Tahir Kərimli də iştirak ediblər.

Keçirilən qəbulda sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib. Vətəndaşların arzu və təklifləri dinlənilib. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq aidiyyəti üzrə təşkilatlara çatdırılıb. Yerli əhəmiyyətli məsələlərin həlli üzrə cavabdeh şəxslərə müvafiq tapşırıqlar verilib.

 

 

Şərh Yaz