26 fevral günü dostların diqqətindədir        

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Mələklərin soyqırımı” adlı poemanın və məşhur özbək fotomüxbir Husniddin Atoevin Azərbaycana, Qarabağa reallaşdırılmış mediatur zamanı çəkdiyi fotolardan ibarət “Qarabağda yenidən doğan günəş” adlı foto-sərgisi keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən aldığımız  məlumata görə, tədbir fevralın 20-də Daşkənd şəhərindəki tarixi “Turan” kitabxanasında keçirilib.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2020-ci ilin fevral ayında elan etdiyi “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” adlı müsabiqənin qalibləri olmuş mərhum, azərbaycanlı şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” və Özbəkistanın tanınmış şairəsi, yazıçı-publisist Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” poemaları hazırlanıb. Sözügedən poemalar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qarşılıqlı olaraq Azərbaycan və özbək dillərinə tərcümə olunub və çap edilib.

“Mələklərin soyqırımı” adlı poemanın təqdimatı ilə yanaşı, “Turan” kitabxanasında Özbəkistanın tanınmış fotomüxbiri Hüsniddin Atoevin “Qarabağda yenidən doğan günəş” adlı foto-sərgisi də təqdim edilib. Sərgidə nümayiş olunmuş  fotolar özbəkistanlı jurnalistlərin işğaldan azad olunmuş torpaqlara Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş mediatur çərçivəsində Hüsniddin Atoevin çəkdiyi kadrlardır. Fotolarda Ağdam, Şuşa, Füzuli şəhərlərinin, kənd və qəsəbələrimizin erməni işğalı nəticəsində dağıdılmış vəziyyəti və işğaldan sonra sözügedən ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan quruculuq işləri əks olunub.

 “İsmayıllı xəbərləri

 

 

 

Şərh Yaz