Stress və həyəcana qalib gələk

16 fevral 2024-cü il tarixdə İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Stress və İmtahan həyəcanına qalib gəlməyin yolları” mövzusunda seminar keçirilib.

Tədbirin keçirilməsində məqsəd ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında iştirak edəcək məktəblilərdə stress və həyəcana qalib gəlməyin yollarını aşılamaq, davamlı idmanla məşğul olaraq sağlam həyat tərzi keçirmələri, asudə vaxtlarını səmərəli etmək üçün daim bədii qiraət etmələri təbliğ olunub.

Tədbiri açıq elan edən Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov iştirakçıları salamlayıb və qeyd edərək bildirib ki, imtahan, bir çox şagirddə təzyiq yaradan və qayğı hiss etməsinə səbəb olan bir hadisədir. İmtahana girəcək şagirdlərin müəyyən bir səviyyədə qayğı yaşaması olduqca təbiidir və hətta müvəffəqiyyətlərinin yüksək olması üçün lazımlıdır. Lakin qayğı çox sıx olduqda şagird edə biləcəyinin ən yaxşısını belə edə bilməz.

Mövzu ətrafında İsmayıllı rayon Psixoloji-Tibbi-Pedoqoji Komissiyanın sədri, psixoloq Ruslan Kamilov geniş çıxış edərək bildirib ki, illərdir çəkdiyi zəhmətin bəhrəsini görmək hər bir abituriyentin arzusudur. Amma sonlara yaxınlaşdıqca artan həyəcan hər şeyi məhv edə bilər. Buna görə də hər nə olursa olsun, abituriyent ilk növbədə özünəinamını qorumalıdır.

Tədbir məktəblilərin suallarını cavablandırmaqla davam etdirilib.

 

Şərh Yaz