Qadın sahibkarlığı dəstəklənir və inkişaf edir

“Qadın və Müasir Dünya – Sosial Xeyriyyə Mərkəzi” icrimai birliyi region qadınları üçün “Şirvan zonasında həssas qruplardan olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunması və sahibkalıq bacarıqlarının inkişaf etdirilməsi”- informasiya treninq proqramını  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi həyata keçirməyə başlamışdır. İlk tədbir qrafikə uyğun olaraq iyul ayının 19-da İsmayıllı rayonundakı “Qala” şadlıq sarayınında həyata keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin və Məşğulluq Mərkəzinin məsul əməkdaşları, eləcə də rayonun müxtəlif yaşayış məntəqələrini təmsil edən, sahibkarlıqla məşğul olmaq istəyən qadınlar iştirak edib.

Tədbir zamanı iştirakçılara ətraflı məlumat verilib, müzakirələr aparılıb.

Layihənin əsas məqsədi məşğulluq problemini aradan qaldırmaq və yeni peşələrə yiyələnmək məqsədi ilə mövcud imkanlardan istifadə etməklə az saylı qruplarda peşələrə yiyələnməklə və Məşğulluq  Agentliyinin paketleri əsasında yeni iş yerlərinin yaradılmasına, orta və kiçik sahibkarlığın inkişafına əlverışli şəraitin yaradılmasında region qadınlarının rolunu artırmaqdan ibərətdır.

İsmayıllı  rayonu öz iqtisadi-çoğrafi ərazisinə və əhalinin  yaşayış tərzinə görə  əkinçilik, heyvandarlıq və xalq sənətkarlığı ilə məşğul olunan regionlardan biridir. Xalq sənətkarlığı qadınlar arasında əsas məşğulluq olmuşdur. Azərbaycanı bütün dünyaya tanıtdıran Şirvan xalçalarının ərsəyə gəlməsində və bütün dünyaya yayılmasında bu ərazidə yaşayan qadınlarının da əməyi olması  tarixə düşmüş faktlardandır. Əhalinin  qadın qrupları əsasən xalq sənətkalığının inkişafı sahəsində çalışmışlar. Lakin dövr və maraqlar,  satış problemləri, bəzi işbazların bu sahəni monopoliyaya alması bu sahənin Şirvan zonasında zəifləməsinə səbəb olmuşdur.

Regionlarda özünüməşğulluq problemlərini həll etməək üçün kənd turizminin inkişafı da diqqət mərkəzində saxlanmalıdır.

Kənd yerlərində evlərin  kənd turizminin inkişafı üçün hazırlanmasında əlverişli imkanlardan istifadə etməyə imkan olmadığı üçün bu sahəni də – xalq sənətkarlığını və xalçaçılığı  maraq sahəsindən kənarlaşdırır.

Hesab edirik ki, İsmayıllıda kənd turizminin inkişafında xalq sənətkarlığının proqram kimi inkişaf etdirilməsi nəzərə alınmalıdır. Proqram  işlənib hazırlanarkən regionun tarixə düşmüş sənatkarlıq sahələrinin  inkişafına xüsusi diqqət yetirilməlidir.

Son illərin müşahidələri göstərir ki, ölkəmizdə qadınlar kiçik biznesin yaradılmasına və özünüməşğulluğa daha çox maraq göstərirlər.  Bütün təbliğat və maarifləndirmələrə baxmayaraq, bizneslərini təşkil etmək yolunda “zəif cinsin” nümayəndələri ilk növbədə cəmiyyətin sırf psixoloji təzyiqi ilə üzləşirlər.

Stereotiplər, Şərq təfəkkürü, kişi tərəfdaşlar tərəfindən  qeyri-ciddi münasibəti aradan qaldırmaq bəzən işə  başlamaqdan daha çətindir. Bəli, qadınların uğurlarını sübut etmək üçün hələ də daha çox vaxta ehtiyacları  var, kişilərlə müqayisədə biznes üçün lazım olan ilkin kapitalı toplamaq onlar üçün daha çətindir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda qadın sahibkarlığının dəstəklənməsi üçün çoxlu sayda milli layihə və proqramlar həyata keçirilir ki, bu da bir çox cəhətdən qadınlara öz bizneslərini inkişaf etdirməyə kömək edir, eləcə də insanların qadınların uğurları haqqında məlumatlılığını artırır.

“Qadın və Müasir Dünya – Sosial  Xeyriyyə Mərkəzi” ictimai birliyinin təcrübəli rəhbəri  Südabə Şirəliyevanın çalışmaları göstərir ki, bu istiqamətdə İsmayıllı rayonunda keçirilən maarifləndirici tədbirlər tezliklə öz uğurlu nəticələrini verəcəkdir.

Ş.Soltanov

Şərh Yaz