İctimaiyyətlə əməkdaşlıq gücləndirilməlidir    

22 iyul 2023-cü il tarixində Ekologiya və Təbii

Sərvətlər Nazirliyinin və İsmayıllı Rayon İcra

Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sumağallı kəndi

ərazisində növbəti ümumrespublika təmizlik aksiyası

keçirilib.

Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Şahdağ Milli Parkının, İsmayıllı Regional Hidrometeorologiya Müəssisəsinin və Sumağallı bələdiyyəsinin əməkdaşları, o cümlədən İsmayıllı gəncləri aktiv iştirak edib. Toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə poliqona daşınıb.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd – ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Şərh Yaz