Bayramımız şən keçdi                                

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi fəallarının təşkilatçılığı, İsmayıllı Rayon Mərkəzi Kitabxanası, İsmayıllı Rayon H.Əliyev adına Mədəniyyət Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin birgə tərəfdaşlığı ilə 2 Fevral – Gənclər Gününə həsr edilmiş intellektual-əyləncəli, viktorinalı proqram həyata keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə Vətən torpaqlarının düşməndən geri alınması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tələbələrin ifasında rəqslər, mahnılar ifa edilib, şənliyə köklənən səhnəciklər və müxtəlif videoskeçlər göstərilib, yanıltmac yarışları keçirilib. Tədbirin fəal iştirakçıları xatirə şəkli çəkdirməyi də unutmayıblar.

Leyla Ağamalızadə

 

Şərh Yaz