Fabrik açılışa hazırdır                                          

 

Yerlərdə istehsalat sahələrinin açılmasına böyük önəm verən Prezident cənab İlham Əliyevin tövsiyəsi ilə İsmayıllı rayonunun İvanovka kəndində inşa olunan Qənnadı fabrikində tikinti işləri, eləcə də lazımi avadanlıqların quraşdırılması başa çatmaq üzrədir. Bu fabrik regionda  yüksək keyfiyyətli məhsullar istehsal etmək gücü və imkanına malik olacaq.

Fabrikin istehsalat rəisi Mahir Hacıyev bildirdi ki, ötən ilin mart ayında tikintisinə başlanılan fabrik yaxın günlərdə təhvil veriləcək. Fabrikdə müxtəlif adlar altında karamellər, konfet, peçeniye, un məhsulundan hazırlanan müxtəlif çeşiddə Şərq şirniyyatlarının istehsalı nəzərdə tutulub.

Verilən məlumata görə fabrik fəaliyyətə başlayanda burada ilkin mərhələdə 150 nəfər, tam gücü ilə işə salındıqdan sonra  isə 200  nəfər işlə təmin olunacaq. Rəqəmlərdən göründüyü kimi, bu da həmin ərazidə işsizliyin müəyyən mənada aradan qaldırılmasında nəzərəçarpan rol oynayacaqdır. Bir daha qeyd edək ki, sözü gedən fabriki Prezident İlham Əliyevin regionlara birbaşa göstərişi diqqət və qayğıdan irəli gələn bir faktdır.

Rafiq Həsənov

Şərh Yaz