Xocalı qurbanları, şəhidlər anılıb                        

İllərin ötməsinə, nəsillərin dəyişməsinə baxmayaraq, bəşər tarixinə “Xocalı soyqırımı” kimi daxil olan qanlı faciə unudulmayacaq.

İsmayıllıda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsinə yürüş təşkil edilib.

Fevral ayının 25-də səhər saatlarından başlayaraq şəhərin mərkəzi meydanına toplaşan minlərlə rayon sakini abidəni ziyarət edib.

Rayon rəhbərliyi ön sırada olmaqla, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə və digər fəaliyyət sahələrinin təmsilçiləri, icrimaiyyət nümayəndələri olan yürüş iştirakçıları abidənin önünə tər qızılgül  və  qərənfillər düzüblər. Xocalı qurbanlarının, eləcə də şəhidlərin ruhu ehtiramla anılıb.

Şərh Yaz