Onların hər gəlişi bayram olur                                 

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü və ənənəvi “Məzun günü” qeyd edilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Elçin Məmmədov açıb. Ulu öndərin, Vətən uğrunda şəhid olmuş soydaşlarımızın, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəb direktoru 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu vurğulayıb. Ulu öndərin xidmətlərindən, bizə miras qoyduğu ideyalardan danışıb.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib. Sonda görüşü əbədiləşdirən xatirə şəkli çəkilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz