Məqsəd həmrəyliyi, dövlət-xalq birliyini nümayiş etdirmək idi                      

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən noyabrın 9-da Bakıda “Qələbə qaçışı” xeyriyyə tədbiri keçirilib. “Qürurla irəli” şüarı ilə təşkil edilən qaçış ötən il müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin ildönümünə həsr olunub.

Xeyriyyə aksiyasında əsas məqsəd xalqımızın həmrəyliyini, dövlət-xalq birliyini bir daha nümayiş etdirməklə, Vətən uğrunda canını fəda etmiş, yaralanmış qazilərə dəstək olmaq, müharibə dövründəki qalib xalq ruhunu daim yaşatmaq olub.

“Qələbə qaçışı” xeyriyyə tədbirində İsmayıllı komandası da fəallıq göstərərək tədbirə öz töhvəsini verib.

Qeyd edək ki, hal-hazırda Bakı şəhərində yaşayan, İsmayıllı rayonun Mollaisaqlı kəndindən olan Sevda Verdiyeva keçirilən qaçış tədbirində qadınlar arasında üçüncü yeri tutub.

Şərh Yaz