Dövlət Bayrağı Gününə həsr edilmiş yürüş                        

Azərbaycan Avtomobil Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş Bakı-İsmayıllı marşrutu üzrə “Offroad” yürüşü keçirilib.

Bakıda Heydər Əliyev Mərkəzinin qarşısından başlanan “Offroad” yürüşü İsmayıllı rayonunda, Heydər Əliyev adına Parkının önündə başa çatıb.

Yürüş iştirakçılarını İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin əməkdaşları, RİİB könüllüləri, rayon gəncləri, İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kollecinin tələbələri, İsmayıllı Peşə Tədris Mərkəzinin şagirdləri və məktəblilər qarşılayıblar.

Yürüş rayon sakinlərinin marağına səbəb olub.

Şərh Yaz