Aldı öz qisasını                        

Aldı öz qisasını                           

 

10 sentyabr – Şəhid Dəmirov Vüsal Aydın oğlunun doğum gününə

 

Şəhidliyi fəth edən fatehlərdən bir də,

Erkən, az yaşlarından tanıdığım Vüsaldı.

Uşaq olsa da belə kişi işləri  görür,

Deyərdilər, indi də nümunədi, misaldı.

 

İstəyi idi dönə yurdun xilaskarına,

Dönüb həsrətdəkini qovuşdurdu yarına.

Salnamə yazıbdı o, düşüb varaqlarına,

Dostlar danışır ondan, düşmənsə kardı, laldı.

 

Bir yox, bir neçə dəfə “toy” tutmaqla düşmənə,

El xəbəri çatdırıb eldən köçkün düşənə.

Xatırladıb hünərdə gendə qalmağı mənə,

Vüsal mənim yadıma acizliyimi saldı.

 

Özü kimi olacaq adına olan bulaq,

Sevinib, ağlayacsaq lazım gəlsə ağlamaq.

Onu sağ bilib Vətən, hesab edir ki, torpaq,

Kama yetişdirəndi, Vüsal daim vüsaldı.

 

Bu xalq durub ayağa, göstərdi gücün, əzmin,

Nəinki düşmənləri, dünyanı etdi əmin.

Qisas qalmadı yerdə, deyərdik ki, birə min,

Alındı öz qisası, özü də qisas aldı!

Alındı öz qisası, özü də qisas aldı!

Tamam Nur Tağlabiyanlı

 

 

 

 

 

 

Şərh Yaz