İsmayıllıda şəhidlərin xatirəsinə həsr olunmuş cüdo yarışının açılış mərasimi keçirilib             

İsmayıllının Diyallı kəndindən olan şəhid Tural Şıxızadənin və Orxan Lətiflinin xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirilib. Yarış Rayon İcra Hakimiyyəti, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə İsmayıllı Olimpiya İdman Kompleksində mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil olunub. Açılış mərasimində çıxış edənlər gələcəkdə bu cür yarışların davamlı olacağını vurğulayıblar.

Şəhidlərin valideynləri yarış təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, yarışda Bakı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ və Oğuzdan olan idmançılar iştirak edib.

 

Şərh Yaz