Bir qrup sakin ilə görüş                             

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun I qrup əlilliyi olan vətəndaşları ilə görüş keçirdib.

Məqsəd həssas qrupa daxil olan rayon sakinlərinin problemlərini öyrənmək, onların həllini sürətləndirmək üçün real tədbirlərin görülməsi olub. Səmimi söhbət şəraitində keçən görüşdə iştirakçıların hər biri diqqətlə dinlənilib. Onları düşündürən, narahat edən məqamların həlli istiqamətində RİH başçısı aidiyyəti idarə və təşkilatlara, şəxslərə tapşırıqlar verib.

Qəbul və səmimi münasibət üçün görüş iştirakçıları rayon rəhbərliyinə minnətdarlıq bildiriblər.

Sonda xatirə şəkilləri çəkilib.

 

Şərh Yaz