Növbəti iməcilik                           

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin pedaqoji kollektivi tez-tez iməciliklər keçirir. İməciliklərin keçirilməsində məqsəd kollecə təhkim olunmuş ərazidə, eləcə də, təhsil müəssisəsinin inzibati binası ətrafında abadlıq işlərinin aparılmasıdır.

Kollektiv növbəti iməciliyi Diyallı kəndi ərazisindəki yolkənarı yaşıllıq zolağında keçirib. İməcilik zamanı ərazinin otu biçilib, ağaclar suvarılıb, sahə kol-kosdan təmizlənib.

 

Şərh Yaz