İsmayıllı məktəblərində məzunlar üçün “Son zəng” çalınıb                

İsmayıllı rayonunda fəaliyyət göstərən 44 ümumtəhsil orta məktəblərində “Son zəng” tədbiri keçirilib.

11 il təhsil aldığı doğma məktəblə vidalaşan məzunlar hər kəsdə kövrək hislər yaradan “Son zəng”i unudulmaz bir gün kimi xatırlanacaq formada qeyd etmək üçün rəngarəng tədbirlər keçiriblər.

Rayonun rəhbəri bu tədbirlə əlaqədar İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində olub.

Bu gündən etibarən siz məktəbdə oxuyan şagird deyil, gələcəyin əsgəri, polisi, həkimi, hüquqşünası və digər sahələrində ölkəmizə xeyir verən mütəxəssisləri olacağını bildirən RİH başçısı XI sinifləri məzun olmaqları münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

Nazirlər Kabineti yanında operatıv qərargahın tapşırığına uyğun olaraq açıq havada valideynlərin qatılmadığı “Son zəng”də onlar biri-birindən maraqlı şeirlər, mahnılar oxuyub, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində İsmayıllı rayonu üzrə ümumtəhsil məktəblərində 707 şagird tam orta təhsil üzrə XI sinfi başa vurub.

 

Şərh Yaz