Şairin anım günü qeyd olunub                              

İsmayıllı rayon MKS-nin Lahıc qəsəbə kitabxana filialı filoloq-şair Kamil Sərbəndinin anım günü ilə  bağlı tədbir keçirib. Şairin ömür yolunu əks etdirən videorolik hazırlayıb.

Əsərlərinin böyük əksəriyyəti satiradan ibarət olsa da, yaradıcılığında lirik qəzəllərə, qəsidələrə, dini məzmunlu şeirlərə yer vermiş Kamil Muxtar oğlu Bağırov (Sərbəndi) 1947-ci ildə Lahıc qədəbəsində anadan olub.

Klassik şeirə və ədəbiyyata maraq onu 1971-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə aparıb. Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi uzun illər peşəsinə sədaqət nümayiş etdirib.

K.Sərbəndinin 1995-ci ildə ilk kitabı – “Dərə xəlvət, tülkü bəy” adı ilə “Yazıçı” nəşriyyatında çap olunub, elə həmin il Yazıçılar Birliyinə üzv qəbul edilib.

“Yağı bizim, dağı sizin” (2007-ci il), “Bir gözəl sevmiş könül”(2008-ci il), “Həqiqət ayinəsi” (2014-ci il) kitabların müəllifi Kamil Sərbəndi 9 iyun 2020-ci ildə vəfat edib.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz