Nizami yaradıcılığı müsabiqə mövzusu olub                          

Nizami Gəncəvi ədəbi irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə keçirilən tədbirlər davam etdirilməkdədir. Bu məqsədlə İsmayıllı rayonunun təhsil ocaqlarında keçirilən müxtəlif adlı müsabiqələr təqdirəlayiqdir.

Ümumbəşəri düşüncələri, bənzərsiz əsərləri ilə bugünün özündə də insanların zövqünü oxşayan, onlara doğru yol göstərən, ədalət və həqiqət carçısı olan Nizami Gəncəvinin yaradıcılığı bu yaxınlarda keçirilən müsabiqənin mövzusu olub. Məktəblilər müsabiqəyə diqqət çəkən əl işləri təqdim ediblər. Qalibləri münsiflər heyəti müəyyən edib.

İsmayıllı Rayon Təhsil Şöbəsi və İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin “Nizami ili”nə birgə həsr etdikləri bu rəsm müsabiqəsinin qaliblərindən bir qrupu Fəxri fərman və Diplomlarla mükafatlandırılıb.

Rayon mərkəzindən aralıda yerləşib müsabiqəyə qoşulan qalib məktəblilərin mükafatlandırılması onlayn şəkildə həyata keçirilib.

Müsabiqə qaliblərini Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov və RTŞ-nın əməkdaşı Ülviyyə Zeynalova təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları diləyiblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz