Fərqli qələbə                                 

Hüsniyyə Sadıqzadəni bir idmançı kimi İsmayıllıda tanıyanlar çoxdur. Şübhə etmirik ki, yaxın gələcəkdə onu bütün ölkədə, hətta onun hüdudlarından kənarda da tanıyacaqlar.

Bir müddət əvvəl Bakı Karate-Do Akademiyasının təşkilatçılığı ilə, karate-full idman növü üzrə 12-13 yaşlılar arasında keçirilən açıq turnirdə İsmayıllı təmsilçisi hamını fərəhləndirən birincilik qazanıb.

Bu qələbənin daha fərəhli olmasının ayrıca səbəbi vardır. Qızımız Hüsniyyə bu yarışda Şəki şəhərindən gəlmiş idmançı oğlanla güc sınağına çıxıb, hamının heyrət və sevincinə səbəb olan qələbə qazanıb.

H.Sadıqzadə Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbinin VII sinif şagirdidir. Bu qələbə onun doğma məktəbin adına gətirdiyi çoxsaylı uğurlardan biridir. Valideynləri kimi, məktbin müəllim və şagird kollektivi  də Hüsniyyədən daha yüksək uğurlar gözləyir.  Onu bu uğurlara ruhlandıranlar da elə müəllimləri və məktəbli dostlarıdır. Buna görə də Hüsniyyə hər qələbəsindən sonra onlara öz minnətdarlığını bildirir.

İsmayıllı xəbərləri”

 

 

 

 

 

 

Şərh Yaz