Məişət zorakılığı və qarşısının alınması yolları                      

May ayının 5-də İsmayıllı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı Bölgəsi üzrə Şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, İsmayıllı Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə adı çəkilən qurumlarla yanaşı İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları, müəllimlər və gənclər də iştirak ediblər.

Çıxışlarda məişət zorakılığının yaratdığı fəsadlar, onun qarşısının alınması və onunla mübarizə yolları  müzakirə edilib.

Şərh Yaz