Balaxanıda, Bibiheybətdə, indi də İsmayıllıda                   

İsmayıllı şəhərinin Babək küçəsi yenidən qurulur. Burada hasarlar və evlərin fasadları müasir formada yenilənir. İlkin olaraq həmin ərazidə küçə boyu hasarlar xüsusi dizaynla üzlənir. Yenilənən divarlar rayonun gənc rəssamları tərəfindən zövqlə, 3D ilə çəkilmiş rəsmlərlə bəzənilir, darvazalar rənglənir, yeni skamyalar və pəncərələrin önünə rəngbərəng çiçəklər qoyulur. Burada qədimliklə müasirliyin vəhdətini görmək mümkündür. Görülən işlər həm yerli, həm də xarici turistlərin marağını cəlb etməklə yanaşı, turizm sahəsində sahibkarlığın təşviqinə, məşğulluğun artırılmasına da öz töhfəsini verəcək.

Məlumat üçün bildiririk ki, Yunanıstanda, İtaliyada və qardaş Türkiyədə belə məhəllələr kifayət qədərdir. Azərbaycanda isə Bakının Balaxanı və Bibiheybət qəsəbəsində başlayan bu tip layihələrin davamı olaraq regionlarda ilk belə iş İsmayıllıda görülür.

“Street Art” layihəsi İsmayıllı Rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilir. Rayonda turistlərin və sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün belə layihələrin davam etdirilməsi nəzərdə tutulub.

Şərh Yaz