Rayon rəhbəri və millət vəkili iftarını şəhid ailəsi ilə açıb                      

Azərbaycan həmişə islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmuş, xalqımız əsrlər boyu öz dininə və milli-mənəvi dəyərlərinə sadiqliyini qoruyub saxlamışdır.

Ramazan ayı həmrəylik, mərhəmət, dostluq, qardaşlıq, sevgi ayıdır. Bütün bayramlarda, özəl günlərdə şəhid ailələrinin, qazilərin ziyarətinə gedən, onlara dəstək olan rayonun səlahiyyətli şəxsləri Ramazan ayında da bu ənənəni davam etdirib.

Ramazanэn 23-cü gününün iftarını RİH başçısı Nahid Baрırov və millət vəkili Novruzəli Aslanov Maçaxı kəndində, Vətən müharibəsi şəhidi Əşrəf Məmmədlinin ailə üzvləri ilə açıb. Şəhidin ailə üzvləri rayonun səlahiyyətli şəxslərinə onları ziyarət etdiklərindən məmnunluqlarını bildiriblər. İftar süfrəsi arxasında Vətən uğrunda canından keçən oğullarımızın ruhuna dualar oxunub, şəhidin şərəfli döyüş yolu ilə bağlı xatirələr yada salınıb və səmimi söhbətlər aparılıb.

Əşrəf Məmmədli 1999-cu il sentyabrın 15-də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. 2019-cu ilin noyabr ayından Dövlət Sərhəd Xidmətinin sıralarnda mьddətdən artэq həqiqi hərbi xidmət qulluqзusu olaraq xidmət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiik giziri olan Ə.Məmmədli 2020-ci il sentyabrın 27-də  başlayan Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə  iştirak edib. Həmin döyüşlər zamanı oktyabrın 17-də  şəhid olub. İsmayıllı rayonunun Maçaxı  kəndində dəfn olunub.

Azərbaycan Prezidenti  İlham Əliyevin Sərəncamэ ilə Əşrəf Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Şərh Yaz