Daha yüksək uğurlar arzu edirik                       

Gəndov kənd ümumi orta məktəbinin direktoru Xuraman Qurbanova üçün bu günlər əsl bayram olub.

Ömrün yarım əsirlik bir parçasını kifayət qədər gənc qalmağı bacaran Xuraman xanım bu mübarək yubileyi, məktəb işinin təşkili, vətənpərvərlik sahəsinə xüsusi diqqət ayırması, şəhidlərimizə, qazilərə, müharibə iştirakçılarına həsr edilmiş guşənin yaradılması ərəfəsində sevindirici bir xəbərlə çalışdığı kollektivi, yaxınlarını da təkrar sevindirib.

Belə ki, İsmayıllı rayonunun fəal qadınları sırasında öncüllərdən olan İsmayıllı rayon YAP Qadınlar Şurasının sədri X.Qurbanova həm də yorulmaz təhsil işçisi kimi, çalışdığı təşkilatın işinin təbliğində, təşkil etdiyi və məktəbdə mütəmadi keçirilən tədbirlərdə xidmətlərinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin Rəyasət Heyətinin 28 nömrəli, 01 mart 2021-ci il tarixli qərarı ilə “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı” ilə təltif olunub.

Bu əlamətdar, xoş xəbərlərin fonunda hörmətli Xuraman xanımı məktəbin pedaqoji kollektivi adından təbrik edir, qarşıdakı əmək fəaliyyəti illərində ona daha yüksək uğurlar arzu edirik!

İlham Səmədov,

məktəb həmkarlar təşkilatının sədri

Şərh Yaz