Onlar xalqımıza Qələbə sevinci yaşadıb                       

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru dosent Kəmalə Süleymanlının rəhbərliyi və müəllimlərdən bir qrupunun iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günündə kollecin 3 şəhid məzununun ailəsi ziyarət olunub. Kollektiv şəhid analarını və ailələrin qadın üzvlərini təbrik edərək, onlara xalqımıza Qələbə sevinci yaşadan, yağı düşməni torpaqlarımızı tərk etməyə məcbur edən övladlar böyüdüb tərbiyə etdiklərinə görə təşəkkür ediblər. Görüş zamanı, ailələrin ehtiyaclarının ödənilməsi və qayğılarının hər zaman çəkiləcəyi bir daha diqqətə çatdırılıb.

Ailələrin hər biri göstərilən diqqətə görə razılıqlarını dilə gətiriblər. Şəhidlərin ruhuna dualar edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəlalə

Şərh Yaz