Yel çərşənbəsi günündə ziyarət                                

        44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Nurlan Aydınov 9 mart 2021-ci il tarixində evində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Tibb və təbiət elmləri fənn birləşməsinin sədri Arzu Aslanovanın rəhbərlik etdiyi bir qrup müəllim və tibb bacısının işi ixtisası üzrə təhsil alan bir neçə tələbə, həmçinin Qarabağ Veteranları Şurasının İsmayıllı Rayonu üzrə sədr müavini Ravid Pənahovla birlik ilə görüş keçirilib.

Qazi Yel çərşənbəsi günündə ziyarət olunduğundan iştirakçılar bu münasibətlə onu təbrik ediblər. Yanan tonqal ətrafında müəllim və tələbələrin qazi ilə səmimi söhbəti olub. Qazimiz keçdiyi döyüş yolundan, əsgər yoldaşlarının şücaətindən danışıb. Azad etdikləri torpaqlarımızda yaşadıqları sevinc hisslərini müəllim və tələbələrlə bölüşüb. Tələbələrin ifasında vətənpərvərlik ruhlu şeirlər səslənib.

Sonda qazi belə gözəl bir gündə ziyarət olunduğuna, haqqında xoş sözlər söyləndiyinə görə iştirakçıların hər birinə minnətdarlığını bildirib.

Ş.Abışova

Şərh Yaz