Təbrikə layiq nəticə                               

Dünya ədəbiyyatı xəzinəsinə nadir bir sima kimi daxil olmuş görkəmli filosof, mütəfəkkir və söz sənəti mülkünün sultanı Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən onlayn yaradıcılıq müsabiqəsinin iştirakçısı, Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Ləman Zeynalova birinci yerin qalibi olub.

Bu yüksək uğur münasibəti ilə məktəbimizin fəxri şagirdlərindən olan Ləma Zeynalovanı, onun müsabiqəyə qazandığı nəticəyə layiq səviyyədə hazırlaşmasında böyük əməyi olan Azərbaycan dili və ədəbiyyatı müəllimi Jalə Alızadəni, eləcə də məktəbin direktoru, Əməkdar müəllim Qalib Bəşirov başda olmaqla, pedaqoji heyət və şagird kollektivi adından təbrik edirik.

Ruslan Kamilov

 

Şərh Yaz