Komitə sədri gənc rəssamı qəbul edib                          

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva İsmayıllıda yaşayan istedadlı tətbiqi sənət rəssamı Surə  Vaqif qızı Seyidovanı qəbul edib.  Millət vəkili gənc rəssamın əl işləri və yaradıcılıq planları ilə yaxından tanış olub, ətraflı fikir mübadiləsi aparılıb.

Komitə sədri gənc rəssama öz əsərlərində Vətən müharibəsi, habelə Mədəniyyət paytaxtımız Şuşa mövzusuna müraciət etməyi tövsiyə edib.
Surə Seyidova səmimi görüş və tövsiyələr üçün Komitə sədrinə təşəkkürünü bildirərək, ona “Xarıbülbül” əsərini təqdim edib.
Q.Paşayeva da öz növbəsində gənc rəssama Qarabağ motivləri əks olunmuş xatirə hədiyyələri bağışlayıb.

Onu da bildirək ki, Surə Vaqif qızı Seyidova İsmayıllı Peşə Tədris Mərkəzinin istedadlı şagirdlərindəndir. Mərkəzin rəhbərliyi tezliklə Surənin  maraqlı sərgiləri ilə geniş ictimaiyyətin tanış ola biləcəyini bildirib.

 “İsmayıllı xəbərləri”

Şərh Yaz