İsmayıllının hər fəsli başqa bir möcüzədir     

İlin bütün fəsillərində öz əsrarəngiz gözəlliyi ilə göz oxşayan İsmayıllı rayonu yerli sakinlərlə yanaşı bura gələn qonaqların da sevimli məkanıdır. Digər fəsillərdə olduğu kimi, qış fəslində də İsmayıllı başqa bir gözəlliyə qərq olur, daha valehedici görünür. Qar örtüyü ilə bəzənmiş İsmayıllı dağları, meşələri həqiqətən nağılabənzər bir aləmə çevrilir.

İsmayıllı rayonunun təbiətini öz flora və faunası ilə daha da gözəlləşdirən Şahdağ milli parkı da hazırda qış fəslinin gözəlliyini yaşayır. İsmayıllı təbiətinin özünəməxsus gözəlliyi, iqlimi dünyanın ekoloji müdafiəsi sahəsində fəaliyyət göstərən ən nüfuzlu təşkilatı olan İDEA İctimai Birliyi təbiətin bərpası və mühafizəsi istiqamətində həyata keçirilən “Zubrlarin təbiətə qaytarılması” layihəsinin Şahdağ milli parkının İsmayıllı rayonu ərazisində, rayonun Buynuz kəndində reallaşdırılmasına şərait yaradıb. Parka İDEA İB tərəfindən gətirilmiş zubrlar Şahdağ milli parkınin Buynuz kəndi ərazisində olan hissəsində İsmayıllı təbiətinin gözəlliyini, möcüzəsini daha da artırır.

İsmayıllı təbiətinin möcüzəsini Qaranohur gölü tamamlayır. Basqal, Lahıc qəsəbələri, Niyal dağları, Qalacıq, Qurbanəfəndi, Sərdahar şəlalələri, Sulut kəndində “Buzxana”, Talıstan meşəsi, Cavanşir qalası və digər çox sayda, biri-birindən gözəl, gəzməli, görməli yerləri ilə İsmayıllı rayonu yaz-yay turizmi ilə yanaşı qış turizmi üçün də vazkeçilməz ünvanıdir.

 

Şərh Yaz