3 qardaş, 3 ailə, 3 ev                 

İsmayıllı rayonunun Kənəə kəndində hazırda 3 evdə 3 qardaşın ailəsi yaşayır. Kənd ilin bütün fəsillərində füsunkar təbiətə malikdir.

Kənd rayon mərkəzi ilə Lahıc qəsəbəsini birləşdirən avtomobil yolundan –  Namazgah kəndindən 3 kilometr aralıda, Girdiman çayının sol sahilində, sıldırımlı qayalarla əhatə olunmuş yamacda yerləşir. Dəniz səviyyəsindən 1750 metr yüksəklikdədir.

Yazı, yayı kifayət qədər sərin, payızı, qışı sərt keçən Kənəə kəndinin sakinləri heyvandarlıqla və yaxındakı meşə talalarında, kiçik sahələrdə kartof əkini ilə məşğul olurlar. Bu kənddə yetişdirilən kartof üstün dad-tamı ilə fərqlənir. Lahıc etnik qrupuna daxil olan kənəəlilər tat dilində danışırlar. Kəndə maşın yolu yoxdur. Sakinlər evdən və evə daşınan ehtiyaclarını təsərrüfatlarında saxladıqları atlarla lazımi mənzilə çatdırırlar. Kənəə toponimi yerli dildə “dumanlı yer” mənasını verir.

Ramal Vəliyev

Şərh Yaz