Qazi razılıq edib                          

15 mart 2021-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Ümumtəhsil fənlər üzrə fənn birləşmə sədri Günel Muradovanın təşkilatçılığı ilə növbəti, yaddaqalan tədbir keçirilib.

Qrup rəhbərləri və məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alan bir neçə tələbə, Qarabağ Veteranları Şurasının İsmayıllı Rayonu üzrə sədr müavini Ravid Pənahovun iştirakı ilə 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazimiz Dilqəm Həmidli yaşadığı evdə ziyarət olunub.

Qonaqlar qazi ilə səmimi söhbət ediblər. D.Həmidli Vətən müharibəsi günlərində keçdiyi şanlı döyüş yolundan, əsgərlərimizin əzm və cəsarətindən ürək dolusu danışıb.

Söhbətlərdən bir daha aydın olub ki, böyük, tarixi zəfərimiz məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin polad iradəsi, müdrik siyasəti, eləcə də qəhrəman Azərbaycan oğullarının Vətənə olan sonsuz sevgisi və yumruq kimi birləşən xalqın qələbəyə olan böyük inamı nəticəsində qazanılıb.

İgid qazimiz qalib ordunun hər bir iştirakçısına göstərilən diqqət və qayğıya görə bu sahədə təqdirəlayiq mövqe nümayiş etdirən qurumların rəhbərlərinə, həmçinin onu ziyarət edən kollec rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

İsmayıllı xəbərləri”

Şərh Yaz