Fəallığı ilə seçilən müəllim                                            

İsmayıllı Rayon İcra Hakimiyyətində “Sabahın alimləri” onuncu Respublika müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Görüşün dəvətliləri Vəng kənd tam orta məktəbinin müəllimi, “İlin ən fəal gənci” seçilən Gülnarə Qurbanovanın şagirdi Rəvan Qasımov  və “Sabahın alimləri” onuncu Respublika müsabiqəsinin digər iştirakçıları olublar.

Tədbirdə qalib layihə rəhbərləri təqdimat keçirib və bu işlərin davamlı olması, coğrafiyasının genişləndirilməsi üçün digər kənd məktəblərinin də cəlb edilməsinin vacibliyini bildiriblər.

“Sabahın alimləri” Respublika müsabiqəsinin iştirakçılarına hər il olduğu kimi, bu il də ABŞ-nın müxtəlif beynəlxalq fond, assosiasiya və cəmiyyətlərinin xüsusi mükafatları verilib. Bu mükafatlar seçilmiş istiqamətlər üzrə 11 layihəyə və 17 şagirdə təqdim olunub.

Sevindirici haldır ki, rayonun kimya müəllimi G.Qurbanovanın “Ekologiya və ətraf mühitin mühafizə olunması” nominasiyası da mükafata layiq görülüb. Xüsusi fəallığı ilə seçilən gənc müəllim İsmayıllı şəhər sakini olmaqla, həm də İsmayıllı bələdiyyəsinin üzvüdür.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz